Hərracla bağlı ən çox verilən suallar

1. Vergi orqanlarının tələbkar olduğu vergi qanunvericiliyinin tələblərini pozmuş vergi ödəyicilərinə məxsus, siyahıya alınmış, üzərinə həbs qoyulmuş, müsadirə edilmiş, mülkiyyət hüquqları sair qanuni əsaslarla məhdudlaşdırılmış malların və əşyaların realizə olunması ilə bağlı icra sənədlərinin icrası ilə bağlı icra qurumlarının sifarişi üzrə keçirilən hərraclara dair ən çox verilən suallar:

1.1. Hərracda kimlər iştirak edə bilər?

- Hərracda iştirak etmək üçün müraciət etmiş;

- müvafiq qaydada aşağıdakı sənədləri tərtib edib, elanda göstərilən müddətdə təqdim etmiş:

- habelə elanda göstərilən bank hesabına behin köçürülməsi barədə bildiriş təqdim etmiş şəxslər hərracda iştirak edə bilərlər (AR VM, m. 90.3.7)

1.2. Hərracda iştirak etmək üçün müraciət etmiş şəxslər hansı sənədləri hərrac təşkilatına təqdim etməlidirlər?

- Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) sifariş verən tərəfindən müəyyən olunmuş nümunəyə müvafiq olaraq  tərtib edilmiş ərizə və ərizəyə əlavə edilmiş aşağıdakı sənədlər:

- elanda göstərilmiş bank hesabına behin köçürüldüyünü təsdiq edən sənəd;

- fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti;

- hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti (AR VM, m. 90.3.8)

- təqdim olunan sənədlərin 2 nüsxədən ibarət siyahısı (AR VM m. 90.3.11) 

1.3. Kimlər hərracda iştirak etmək üçün buraxılmırlar?

- hüquqi şəxs yenidən təşkil olunma, ləğv olunma yaxud müflis vəziyyətində olduqda;

- şəxs özü haqqında dəqiq olmayan məlumat verdikdə;

- sənədlər sifarişlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə;

- ərizə müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən təqdim edildikdə;

- məlumatda göstərilən siyahıya uyğun bütün sənədlər təqdim edilmədikdə, yaxud təqdim olunmuş sənədlər müvafiq qaydada tərtib olunmadıqda (AR VM, 90.3.9)

- Siyahıya alınmış əmlakın açıq hərracda satışında ədliyyə orqanlarının, o cümlədən icra məmurlarının, vergi orqanlarının və hərracın təşkilatçısının vəzifəli şəxslərinin bir-başa və ya dolayısı ilə alıcı kimi iştirak etməsinə yol verilmir (AR VM, m. 90.3.24)

 1.4. Hərracda iştirak etmək üçün müraciətlər hansı müddətədək qəbul olunur?

- hərracın keçirilməsinə 5 gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər. (AR VM, m. 90.3.6)

1.5. Şəxs hərracda iştirak etmək üçün ərizəsini geri götürə bilərmi?

- Şəxs hərracda iştirak etmək üçün ərizələrin qəbulu başa çatanadək öz ərizəsini geri götürə bilər. Bunun üçün şəxs hərracın təşkilatçısına yazılı müraciət etməlidir. Sənədlərin qəbulu jurnalında hərracda iştirak etmək üçün ərizələrin geri götürülməsi barədə müvafiq qeyd aparılmalıdır. Hərracın şərtlərinə uyğun olaraq hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır (AR VM, m.90.3.13).

1.6. Hərrac təşkilatçısının səlahiyyətləri hansılardır?

- Hərracın təşkilatçısı hərracın təşkil olunmasını və keçirilməsini təmin edir; satışın baş tutub-tutmadığını təsdiq edir; hərracın gedişində mübahisəli vəziyyət yarandıqda mübahisənin səbəbləri aradan qaldırılanadək hərracı dayandırır. Mübahisənin səbəblərini aradan qaldırmaq mümkün olmadıqda hərracı baş tutmamış elan edir; hərracın yekunu barədə protokol tərtib edir və onu təsdiq etmək üçün sifariş verənə təqdim edir. (AR VM, m. 90.3.19).